Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə keçirilən rəsmi tədbir maraqlı anlara səhnə olub.


“ARHD.MEDiA” xəbər verir ki, görüş çərçivəsində təşkil edilən simvolik ağacəkmə mərasimində İran Prezidenti prosesə gözləniləndən daha ciddi yanaşıb.


Məlumata görə, dünya liderlərinin əksəriyyəti belə tədbirlərdə sadəcə ağacın əkilməsi üçün torpaq ataraq mərasimi tamamlayır. Lakin İran Prezidenti proseslə kifayətlənməyərək, ağacın tam şəkildə əkilib bərkidilməsinə qədər işi davam etdirib.


Şahbaz Şərif isə bu vaxt İran Prezidentinin çiyninə toxunaraq, ondan dayanmasını istəyib, lakin Pezeşkian israrlı şəkildə işini davam etdirib.


Hadisə tədbirdə olan digər iştirakçılar arasında da təbəssümlə qarşılanıb, sosial şəbəkələrdə isə günün ən çox müzakirə edilən videolarından biri olub.

Baxış sayı: 3 453

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə