Rusiya və Ukrayna arasında “160-ın 160-a” formulu ilə növbəti hərbi əsir mübadiləsi həyata keçirilib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


“İyunun 26-da Kiyev rejiminin nəzarəti altında olan ərazilərdən 160 Rusiya hərbi qulluqçusu geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 160 hərbi əsiri qarşı tərəfə təhvil verilib”, – rəsmi açıqlamada bildirilir.


Nazirlikdən əlavə ediblər ki, sərbəst buraxılan rusiyalı hərbçilər hazırda Belarus ərazisindədirlər və rusiyalı ombudsman Yana Lantratova onlarla iş aparır.


Xatırladaq ki, hər iki ölkənin insan hüquqları üzrə müvəkkilləri iyunun 23-də yaxın vaxtlarda yeni əsir və mülki şəxslərin mübadiləsinin planlaşdırıldığını bəyan etmişdilər.


Qeyd edək ki, iyunun 5-də rusiyalı müvəkkil Yana Lantratova ilk dəfə ukraynalı həmkarı Dmitri Lubinets ilə şəxsən görüşmüş və elə həmin gün tərəflər “185-in 185-ə” formulu ilə mübadilə həyata keçirmişdilər. May ayında isə Moskva və Kiyev arasında “205-in 205-ə” formulu ilə daha bir böyük əsir mübadiləsi baş tutmuşdu.

Baxış sayı: 3 671

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə