Danimarka hökuməti ölkə üzrə azanın qanunla qadağan olunmasının mümkünlüyünü yenidən araşdırmağa hazırlaşır.


“ARHD.MEDiA”nın məlumatına görə, Danimarkanın immiqrasiya naziri Morten Bodskov bildirib ki, hökumət azanın qadağan edilməsinin hüquqi əsaslarının qiymətləndirilməsinə yenidən başlayacaq.


Nazir azanın Danimarkanın ictimai məkanında yerinin olmadığını deyib: “Azanın səsi Danimarkanın damlarından eşidilməməlidir. Danimarkada gəzərkən özünüzü İslamabadın bir hissəsində hiss etməməlisiniz”.


O, həmçinin ölkədə artan “islamlaşma”nın ictimai məkanı daha çox zəbt etdiyini irəli sürüb.


Bu, Danimarkada azanın qadağan olunması təşəbbüsünün son altı ildə üçüncü dəfə gündəmə gətirilməsidir. Oxşar təşəbbüslər 2020 və 2025-ci illərdə də müzakirə olunmuşdu.


Bununla belə, təşəbbüsün həyata keçirilməsi hüquqi çətinliklərlə üzləşə bilər. Çünki Danimarka Konstitusiyası dini ayinlərin açıq şəkildə icrasını təmin edən müddəaları özündə ehtiva edir.


Təxminən 6 milyon əhalisi olan Danimarkada 270 minə yaxın müsəlman yaşayır. Ölkədə fəaliyyət göstərən məscidlərin sayının isə təxminən 100 olduğu bildirilir.

Baxış sayı: 2 980

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə