Fransada növbəti prezident seçkiləri 2027-ci il 18 aprel və 2 may tarixlərinə (birinci və ikinci turlar - red.) planlaşdırılıb. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Le Figaro” nəşri mənbələrə istinadən məlumat yayıb. 


Bildirilib ki, seçkilərin tarixləri ilə bağlı rəsmi qərar Nazirlər Şurasının iyulun 1-də keçiriləcək iclasında qəbul edilməlidir.


Seçkilər hazırkı dövlət başçısı Emmanuel Makronun sonuncu, ikinci prezidentlik müddətinin mayın 14-də başa çatmasından 12 gün əvvəl yekunlaşacaq.


Nəşrin məlumatına görə, hökumət seçkilərin keçirilmə tarixləri üçün iki variant nəzərdən keçirib. Belə ki, səsverməni aprelin 11-i və 25-inə təyin etmək və ya tarixləri bir həftə irəli çəkmək təklif olunub. Nəticədə ikinci varianta üstünlük verilib. 

Baxış sayı: 2 880

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə