Qazaxıstanda Kurultay adlanan birpalatalı yeni parlamentə ilk seçkilər 23 avqustda keçiriləcək. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Fərmanında deyilir.


Həmçinin Fərmanla Qazaxıstanın Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanmasını və keçirilməsini təşkil etmək, respublikanın hökumətinə və regionlardakı yerli hakimiyyət orqanlarına isə onların təşkili və maddi-texniki təminatı üzrə tədbirlər görmək tapşırılıb. Fərman dərc edildiyi andan qüvvəyə minib.


Qeyd edək ki, Qazaxıstanın yeni Konstitusiyası bu gün, iyulun 1-də qüvvəyə minib. Yeni Konstitusiya 5 illik müddətə seçiləcək və 145 deputatdan ibarət olacaq birpalatalı parlamentə keçidi nəzərdə tutur. Deputatlar Kurultaya yalnız partiya siyahıları ilə seçilə biləcəklər.

Baxış sayı: 3 917

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə