Rusiya Kiyevə dron və ballistik raketlərlə hücum edib.


“ARHD.MEDiA” xəbər verir ki, bu haqda “Associated Press” (AP) məlumat yayıb.


Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, hücum nəticəsində azı bir nəfər ölüb. Şəhər meri Vitali Kliçko isə yaralananların sayının 11-ə çatdığını bildirib.


Məlumata görə, hücum Kiyevin bütün 10 rayonunu əhatə edib. Yaşayış binalarına ziyan dəyib, bir neçə ərazidə yanğın baş verib, dağıntılar altında qalan insanların xilas edilməsi üçün əməliyyatlar aparılır.


***


Timur Tkaçenko bildirib ki, ölənlərin sayı 8-ə, yaralıların isə 16-ya çatıb.


***


Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, daha 56 nəfər xəsarət alıb.


7 nəfərin dağıntılar altından sağ çıxarıldığı bildirilir. 


Ümumilikdə Kiyev üzrə 20-dən çox yaşayış binası zərər görüb. 15 yerdə xilasetmə işləri davam etdirilir.

Baxış sayı: 2 999

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə