Silahlı qruplar Mərkəzi Afrikanın Sudanla sərhəddə yerləşən Am Dafok şəhərini ələ keçirib.


“ARHD.MEDiA” “Arab News”a istinadən xəbər verir ki, hücum nəticəsində azı 28 nəfər ölüb, onlarla yaralı var.


Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, silahlılar şəhərə qəfil hücum edərək hökumət qüvvələrini geri çəkilməyə məcbur ediblər. Hücum zamanı yaşayış məntəqəsində güclü atışmalar baş verib və çoxsaylı bina zərər görüb.


Ölənlər arasında mülki şəxslərin də olduğu bildirilir.


Hadisədən sonra çox sayda sakin təhlükəsizlik məqsədilə ərazini tərk edərək qonşu yaşayış məntəqələrinə və Sudan sərhədi istiqamətinə üz tutub. Rəsmilər bölgədə vəziyyətin gərgin olaraq qaldığını və əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildiriblər.

Baxış sayı: 3 272

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə