Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.


“ARHD.MEDiA” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək “İNNOPROM-2026” beynəlxalq sənaye sərgisində iştirak edəcək.


Məlumata görə, hökumət başçısının adı forumun spikerlərinin siyahısına daxil edilib.


Tədbirin iştirakçıları arasında həmçinin Rusiyanın hökumət başçısı Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyevin də olacağı bildirilir.


***


Nikol Paşinyanın adı “İNNOPROM-2026” sərgisinə dəvət olunan spikerlərin siyahısından çıxarılıb.


Əvvəlcə həm sərginin rəsmi saytında, həm də Rusiya mətbuatında Paşinyanın sərgidə iştirak edəcəyi qeyd olunsa da, sonradan Ermənistan Baş nazirinin adı tədbirin saytında əks olunmuş spikerlər siyahısından çıxarılıb. 


Sərginin təşkilatçıları proqramdakı dəyişikliyi hələlik şərh etməyiblər.

 

Baxış sayı: 3 285

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə