“Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərini tam ələ keçirib”.


“ARHD.MEDiA” Rusiya mətbuatına xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy brifinqdə çıxışı zamanı bəyan edib. 


O, Konstantinovka şəhərinin Ukraynanın Donbasdakı son dayağı olduğunu iddia edib.


Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahının sözçüsü Andrey Kovalyov isə Rusiya tərəfinin bu iddiasını təkzib edib. 


“Donetsk vilayətinin Konstantinovka yaşayış məntəqəsinin guya Rusiya qoşunları tərəfindən işğal edilməsi barədə məlumat həqiqətə uyğun deyil”, - o deyib.


Kovalyov Konstantinovkanın Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu bildirib.

Baxış sayı: 3 218

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə