Avropa İttifaqı (Aİ) Şurası müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə aidiyyəti ola biləcəyi iddia edilən altı Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib. 


“ARHD.MEDiA” “Kommersant”a istinadən xəbər verir ki, onların arasında beş alim və bir hərbi qulluqçu var.


Sanksiya siyahısına “Siqnal” Elmi Mərkəzinin laboratoriya rəisi İqor Babkin, mərkəzin iki böyük elmi əməkdaşı Sergey Qalan və Olqa Yudina, həmçinin elmi əməkdaş Aleksey Aksyonov daxil edilib. Bundan əlavə, Dövlət Üzvi Kimya və Texnologiya Elmi-Tədqiqat İnstitutunda çalışan İrina Derevyaginaya qarşı da sanksiyalar tətbiq olunub.


Siyahıya həmçinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Hərbi Akademiyasında elmi işlərin təşkili və elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin rəisi polkovnik Mixail Qutsalyuk da daxil edilib.


Sanksiyalar aktivlərin dondurulmasını, Aİ-yə giriş qadağasını, həmçinin Avropa İttifaqının vətəndaşları və şirkətləri tərəfindən onlarla hər hansı maliyyə əməkdaşlığına qadağanı nəzərdə tutur. Şura iddia edir ki, alimlər kimyəvi silahın - xüsusilə epibatidin zəhərinin hazırlanmasında iştirak ediblər.


Qeyd edək ki, Navalnının 2024-cü ilin fevralında Sibir cəza koloniyasında öldüyü açıqlanmışdı. Rusiya hakimiyyəti ölüm səbəbinin “qəfil xəstəlik” olduğunu bildirsə də, ailəsi və tərəfdarları bunun təbii ölüm olmadığına dair iddialar irəli sürərək müstəqil araşdırma tələb etmişdilər. Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderlandın versiyasına görə, Aleksey Navalnının ölümünə məhz epibatidin maddəsi ilə zəhərlənmə səbəb olub. Bu ölkələr zəhərləmədə Rusiyanı ittiham ediblər. Kreml isə bütün ittihamları rədd edib.

Baxış sayı: 3 855

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə