ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb.


“ARHD.MEDiA” xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından “Air Force One” təyyarəsi ilə Ankaraya yola çıxıb.


NATO-nun iki gün davam edəcək sammitində alyansın 32 üzv ölkəsinin lideri bir araya gələcək.


ABŞ Prezidentinin proqramına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş də daxildir. Beştəpədə keçirilməsi planlaşdırılan görüşdə Türkiyə-ABŞ münasibətləri, regional və beynəlxalq məsələlər, eləcə də, iki ölkə arasında əməkdaşlığın gündəmdə olan mövzularının müzakirə ediləcəyi gözlənilir.


Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran bildirib ki, Ərdoğan və Tramp görüş zamanı iki ölkə arasındakı münasibətləri bütün istiqamətlər üzrə nəzərdən keçirəcəklər.


NATO sammiti çərçivəsində Trampın digər müttəfiq ölkələrin liderləri ilə də bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.


Baxış sayı: 3 720

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə