Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Britaniya hökuməti 7 iyul tarixində məlumat yayıb.


Qeyd olunub ki, sözügedən gəmi “Ukraynada sabitliyin pozulmasına, o cümlədən bu ölkənin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə təhdidə yardım etmə, həmçinin Rusiya hökumətinə gəlir əldə etməkdə köməklik göstərmə” ittihamları ilə sanksiya siyahısına daxil edilmişdi.


Xatırladaq ki, “Zəngəzur” gəmisi Azərbaycana məxsus digər 4 gəmi - “Qarabağ”, “Xankəndi”, “Şuşa” və “Zaqatala” ilə birlikdə aprelin 24-ü Avropa İttifaqının (Aİ) da sanksiya siyahısından çıxarılmışdı.

Baxış sayı: 3 634

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə