Şimali Koreya (KXDR) özünün nüvə potensialını daha da artırmaq istiqamətində qəti qərar qəbul edib.


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komitəsinin ölkə lideri Kim Çen Inın rəhbərliyi ilə keçirilən iclasının yekunlarına əsasən məlumat yayıb.


Görüş çərçivəsində həmçinin döyüş sistemlərinin texniki infrastrukturunun müasirləşdirilməsi müzakirə olunub.


Bir müddət əvvəl isə KXDR xarici işlər nazirinin müavini Kim Son Gen BMT Baş Assambleyasındakı nitqində rəsmi Pxenyanın nüvə silahından heç bir halda imtina etməyəcəyini vurğulamışdı. Diplomatın sözlərinə əsasən, Koreya yarımadasındakı sabitliyin əsas qarantı məhz nüvə arsenalıdır və bu amil düşmən qüvvələrin regionda toqquşma yaratmaq planlarını puça çıxarır.

Baxış sayı: 3 825

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə