İyulun 10-u Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Azov dənizində gəmilərə dronlarla həyata keçirdiyi hücumlar zamanı azərbaycanlıların idarə etdiyi bir gəmiyə də zərbə endirilib.


“ARHD.MEDiA” Medianews.az-a istinadən xəbər verir ki, dron hücumu nəticəsində “Turbo SM” adlı gəminin ön tərəfi, üstü zədələnib, arxa lövbəri qopub.


“Turbo SM” quru yük gəmisidir, Komor adaları bayrağı altında üzür, dron hücumu zamanı Azov limanında dayanıbmış.


Gəminin kapitanı, kapitan köməkçiləri və digər heyət üzvlərinin hamısı azərbaycanlıdır. Xoşbəxtlikdən “Turbo SM”də heç kim yaralanmayıb.


“Turbo SM” dron zərbəsinə məruz qalmamışdan əvvəl gəmidəki həmyerlilərimiz ətrafdakı gəmilərə hücumları videoya çəkirmişlər. 


Xatırladaq ki, iyunun 5-i Azov dənizində dron hücumları zamanı azərbaycanlıların idarə etdiyi “Natra” və “Zirkon” adlı yük gəmiləri vurulmuş, 25 nəfər Azərbaycan vətəndaşından 4-ü, o cümlədən hər iki gəminin kapitanı həlak olmuş, bir neçə nəfər yaralanmışdı.

Baxış sayı: 3 849

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə