Bəzi media resurslarında həlak olan Azərbaycan hərbçisinin paraşütdən yerə yıxılması anını əks etdirdiyi iddia olunan görüntülər yayılıb.


“ARHD.MEDiA”nın əldə etdiyi məlumata görə, paylaşılan videonun araşdırılması nəticəsində müəyyən olunub ki, görüntülər bir neçə ay əvvəl xarici ölkələrdən birində baş vermiş hadisəyə aiddir.


Ayrı-ayrı media resursları və sosial şəbəkə istifadəçiləri həssas hərbi mövzulardan istifadə edərək daha çox baxış sayı və reytinq əldə etmək məqsədilə həmin köhnə görüntüləri yanlış təqdim etmiş, onları Azərbaycan Ordusu ilə əlaqələndirərək həqiqəti əks etdirməyən məlumatlar yayıblar.


Videoda əks olunan hərbi nəqliyyat təyyarəsi C-130 tipli turbopərvanəli təyyarədir. Azərbaycan Müdafiə Nazirliyinin balansında bu tip hərbi nəqliyyat təyyarəsi mövcud deyil.


Həmçinin videoda görünən paraşüt sistemi də Azərbaycan Ordusunun silahlanmasında istifadə olunan paraşüt növlərinə aid deyil.


Bu səbəbdən videonun Azərbaycan Ordusuna aid olduğu barədə iddialar həqiqəti əks etdirmir. Bu cür dezinformasiya cəmiyyətdə yanlış təsəvvür formalaşdırır, ictimai narahatlığa səbəb olur və informasiya təhlükəsizliyinə mənfi təsir göstərir.


Media subyektləri və sosial media istifadəçiləri hərbi mövzularla bağlı məlumatları yayarkən yalnız rəsmi və etibarlı mənbələrə istinad etməli, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməlidirlər.

 

Baxış sayı: 2 802

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə