ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.


“ARHD.MEDiA” xəbər verir ki, mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq.


Nyu-York şəhərindəki “MetLife” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.


Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.


***


Millilərin start heyətləri açıqlanıb:


Argentina: Emiliano Martines, Qonzalo Montiel, Kristian Romero, Lisandro Martines, Nikolas Talyafiko, Rodriqo De Paul, Aleksis Mak Allister, Entso Fernandes, Niko Qonsales, Lionel Messi, Julian Alvares.


İspaniya: Unai Simon, Pedro Porro, Pao Kubarsi, Aymerik Laport, Mark Kukurelya, Rodri, Fabian Ruis, Lamin Yamal, Dani Olmo, Aleks Baena, Mikel Oyarzabal.


***


Matç başa çatdı. İspaniya ikinci dəfə dünya çempionu oldu. 

Baxış sayı: 4 797

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə