ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun Ermənistan-Azərbaycan münaqişəsinin həllinə həsr olunmuş məqaləsini özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşıb.


“ARHD.MEDiA” xəbər verir ki, sözügedən məqalə “Washington Examiner” nəşrində dərc olunub.


Məqalədə bir neçə diplomat nəslinin Azərbaycan və Ermənistan arasında illərlə davam edən münaqişəni həllolunmaz hesab etdikləri, lakin bu yanaşmanın ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıtması ilə başa çatdığı qeyd edilib. 


O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikanı deyil, nəticəni seçdiklərini vurğulayıb.

Baxış sayı: 4 284

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə