“Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyi, eyni qaydada, inkişaf və humanitar yardım sahəsindəki fəaliyyətlərimizdə əksini tapır. Azərbaycan son illər ərzində xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə və Afrikada tərəfdaş ölkələrə diqqət yetirərək, beynəlxalq yardımının əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Biz 2020-ci ildən bəri 140-dan çox ölkəyə təxminən 400 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərmişik”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.


“İnkişaf Hüququna dair Bəyannamənin 40-cı ildönümünü qeyd etdiyimiz məqamda Azərbaycan həmrəylik, qarşılıqlı hörmət və ortaq inkişaf prioritetlərinə əsaslanan tərəfdaşlıq yanaşmalarına sadiqliyini bir daha təsdiqləyir”, - nazir bildirib.

Baxış sayı: 4 587

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə