bakı, 19 fevral, arhd.media
prezident ilham əliyev: vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur
əlbəttə ki, vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur.
arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev xocalı rayonunun ballıca kəndinə köçən bir qrup sakinlə görüşdə deyib.
dövlətimizin başçısı qeyd edib: “mənim də prezident kimi əsas borcum bu gün bundan ibarətdir. işğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik”.






















