bakı, 19 fevral, arhd.media


prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub


baş prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə azərbaycan respublikasının baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə “ilin ən yaxşı müstəntiqi”, “ilin ən yaxşı dövlət ittihamçısı” və “ilin ən yaxşı prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də “prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı fevralın 19-da tədbir keçirilib.

baş prokurorluğun mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, əvvəlcə birinci qarabağ, 44 günlük vətən müharibələri və qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirləri zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, həlak olmuş vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

tədbirdə çıxış edən baş prokuror kamran əliyev 2024-cü ilin ölkəmiz üçün uğurlu il olmaqla yanaşı, çoxsaylı əlamətdar hadisələrlə yadda qalmasını qeyd edib, ötən ilin əvvəllərində prezident ilham əliyevin növbədənkənar prezident seçkilərində mütləq səs çoxluğu ilə qalib gəlməsini, o cümlədən xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər salnaməsinin memarı, ümummilli lider heydər əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun prezident, silahlı qüvvələrin müzəffər ali baş komandanı ilham əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli hərtərəfli inkişafının davam etməsini, ölkəmizin regional və beynəlxalq nüfuzunun daha da artmasını xüsusi vurğulayıb.

qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə prezident ilham əliyevin rəhbərliyi və onun ən yaxın silahdaşı, birinci vitse-prezident mehriban xanım əliyevanın yaxından iştirakı ilə bərpa və quruculuq işləri uğurla davam etdirilməklə ağdam, xocalı rayonlarında və xankəndi şəhərində ölkə rəhbəri tərəfindən kəndlərin və qəsəbələrin təməli qoyulmaqla, eyni zamanda, çoxsaylı ictimai, iaşə, yaşayış, kommunikasiya obyektlərinin açılışları olub. həmçinin ulu öndər heydər əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin prezident ilham əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla, gənclərin dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində onların güclü sosial təbəqəyə çevrilməsinə səbəb olub.

mərasim zamanı prezident ilham əliyevin 30 sentyabr 2024-cü il tarixli sərəncamı ilə təltif edilmiş prokurorluq əməkdaşlarına, habelə baş prokurorun müvafiq əmri ilə xidməti vəzifələrini nümunəvi icra etməsinə görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarına mükafatlar təqdim olunub.

daha sonra “ilin ən yaxşı müstəntiqi”, “ilin ən yaxşı prokuroru” və “ilin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin təşkili və keçirilmə qaydaları barədə müvafiq olaraq baş prokurorun birinci müavini elçin məmmədov, baş prokurorun müavinləri elmar camalov və heydər məmmədov çıxışlar edərək ətraflı məlumatlar veriblər.

müsabiqələrin nəticələrinə əsasən “ilin ən yaxşı müstəntiqi” seçilmiş baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi kənan nəzərova, “ilin ən yaxşı dövlət ittihamçısı” seçilmiş baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin bakı apellyasiya məhkəməsi üzrə prokuroru anar ələkbərova və “ilin ən yaxşı prokuroru” seçilmiş beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru yelena qasımovaya baş prokuror tərəfindən diplomlar və mükafatlar təqdim olunub.

bundan başqa, tədbir çərçivəsində “prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə media ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilir.

qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2024-cü ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən “cbc” teleradio şirkətinin baş direktoru vüqar xəlilov, “caliber.az” informasiya-analitik portalının baş redaktoru timur hüseynov və “azərbaycan” qəzetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri bəxtiyar əzizli “prokurorluğun dostu” mükafatı ilə təltif olunub.

Baxış sayı: 7 454

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə