bakı, 20 fevral, arhd.media


prezident ilham əliyev iran islam şurası məclisinin sədrini qəbul edib yenilənib video


azərbaycan respublikasının prezidenti ilham əliyev fevralın 20-də iran islam şurası məclisinin sədri məhəmməd baqir qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

arhd.media xəbər verir ki, azərbaycan prezidenti iki ölkənin xalqlarının ortaq tarixi, mədəni və dini köklərinin olduğunu, xalqlarımızın yaxınlığını vurğuladı.

son dövrlərdə azərbaycan respublikası ilə iran islam respublikası arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasını məmnunluqla qeyd edən prezident ilham əliyev bunu əlaqələrimizin dinamik surətdə inkişafının təzahürü kimi qiymətləndirdi. dövlətimizin başçısı ölkələrimizin parlamentlərarası əlaqələrinin genişləndiyini qeyd etdi və iran islam şurası məclisinin sədrinin azərbaycana səfərinin bu əlaqələrin daha da inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirdi.

azərbaycan prezidenti iqtisadi-ticari, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu. şimal-cənub nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayan prezident ilham əliyev bu dəhlizin azərbaycana aid olan hissəsində yükdaşıma imkanlarının artırılması üçün ölkəmiz tərəfindən zəruri işlərin görüldüyünü dedi. dövlətimizin başçısı ağbənd keçidinin inşası istiqamətində fəaliyyətin intensiv şəkildə həyata keçirildiyini və bu layihənin regionun nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini qeyd etdi.

prezident ilham əliyev regional məsələlərin region ölkələri tərəfindən həll edilməli və bölgədənkənar qüvvələrin regiona müdaxiləsinin qəbuledilməz olduğunu dedi, 3+3 formatının əhəmiyyətini vurğuladı.

məhəmməd baqir qalibaf iran islam respublikasının prezidenti məsud pezeşkianın salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

prezident ilham əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarının məsud pezeşkiana çatdırılmasını xahiş etdi.

qonaq asiya parlament assambleyasının 15-ci plenar sessiyasının bakıda yüksək səviyyədə təşkil olunduğunu söylədi, iki ölkə arasında səfərlərin intensiv xarakter daşımasından məmnunluğunu diqqətə çatdırdı.

azərbaycan ilə iran arasında iqtisadiyyat, ticarət, elm, texnologiya, səhiyyə sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün çox yaxşı imkanların olduğunu vurğulayan məhəmməd baqir qalibaf bu xüsusda hökumətlərarası komissiyanın işinin daha da intensivləşdirilməsinin vacibliyinə toxundu.

ölkəsinin azərbaycanla birlikdə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında ortaq maraqları bölüşdüyünü deyən qonaq iranın regionun məsələlərinin region ölkələri tərəfindən həll edilməsi yanaşmasını dəstəklədiyini bildirdi. o, azərbaycan ilə iranın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyini və yaxından əməkdaşlıq etdiklərini vurğulayaraq, 3+3 formatının əhəmiyyətini qeyd etdi.

məhəmməd baqir qalibaf dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Baxış sayı: 3 447

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə