media: kütləvi kiberhücumu azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndiririk

bakı, 20 fevral, arhd.media


media: kütləvi kiberhücumu azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndiririk


fevralın 20-də ölkəmizin bir sıra onlayn media resurslarına qarşı həyata keçirilən kütləvi kiberhücumu azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bildiririk ki, veb-saytların fəaliyyətinin bərpası istiqamətində zəruri tədbirlər görülməkdədir.

arhd.media xəbər verir ki, bu barədə medianın inkişafı agentliyi açıqlama yayıb.

açıqlamada, həmçinin bildirilib: “kütləvi kiberhücumun nəticələrinin aradan qaldırılması və gələcəkdə belə halların təkrarlanmaması üçün hazırda müvafiq dövlət qurumları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır.

bu kimi halların qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa çağırırıq”.

Baxış sayı: 5 478

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə