bakı, 20 fevral, arhd.media
israillə birgə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi müzakirə edilib
iqtisadiyyat naziri mikayıl cabbarov israilin maliyyə nazirliyində nazir, azərbaycan-israil birgə hökumətlərarası komissiyasının həmsədri zeyev elkin ilə görüşüb.
nazirlikdən arhd.media-a bildirilib ki, videokonfrans formatında keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. israillə həyata keçirilən investisiya layihələrinin hazırkı vəziyyəti, eləcə də müzakirə mərhələsində olan layihələr barədə məlumat verilib. diqqətə çatdırılıb ki, ticarət, investisiya, innovasiyalar, rəqəmsal inkişaf, ətraf mühit və digər sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi üçün münbit zəmin var.
tərəflər qarşılıqlı iqtisadi münasibətlərin perspektivləri, həmçinin birgə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi haqqında müzakirələr aparıblar.






















