bakı, 20 yanvar, arhq.az
azərbaycan respublikası prezidentinin tapşırığına uyğun olaraq, azərbaycan respublikasının vətəndaşı, 2023-cü ildə iran islam respublikasında saxlanılmış səfərli fərid qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində bu il yanvarın 18-də iran islam respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
arhd.media xəbər verir ki, bu barədə azərbaycan respublikasının dövlət təhlükəsizliyi xidmətinin və xarici işlər nazirliyinin birgə yaydığı məlumatda bildirilib.
qeyd edilib ki, fərid səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
azərbaycan respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
arhd.media ictimai-siyasi media saytı’ın rəhbəri :
beynəlxalq hüquq eksperti : ismayıl zalov
arhd.media ictimai siyasi media saytı’ın baş redaktoru :
orxan ismayılov




















