davos, 21 yanvar, arhq.az


azərbaycan respublikasının prezidenti ilham əliyev yanvarın 21-də davosda qarşı tərəfin müraciəti əsasında iraq respublikasının prezidenti əbdüllətif camal rəşid ilə görüşüb.
cop29-da azərbaycana səfərini məmnunluqla xatırlayan əbdüllətif camal rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. iraq prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə etdi.
prezident ilham əliyev başsağlığına görə minnətdarlığını bildirdi.
dövlətimizin başçısı iraq prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.
görüşdə azərbaycanla iraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunuldu. həmçinin yaxın şərqdəki vəziyyət müzakirə edildi, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulandı.
söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.
arhd.media ictimai-siyasi media saytı’ın rəhbəri :
beynəlxalq hüquq eksperti : ismayıl zalov
arhd.media ictimai siyasi media saytı’ın baş redaktoru :
orxan ismayılov





















