bakı, 26 fevral, arhd.media
gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq - proqnoz
fevralın 27-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
milli hidrometeorologiya xidmətindən arhd.media-a verilən məlumata görə, bakıda və abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var. günün ikinci yarısında tədricən kəsiləcək. şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. havanın temperaturu gecə və gündüz 1-3° şaxta təşkil edəcək. atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaq. gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.
azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. gündüz tədricən kəsiləcək. bəzi yerlərdə arabir duman olacaq. mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq. gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı proqnozlaşdırılır.























