moskva, 21 yanvar, arhq.az
rusiya prezidenti vladimir putin türkiyəli həmkarı rəcəb tayyib ərdoğana bolu vilayətində dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.
arhq.az xəbər verir ki, bu barədə kremlin mətbuat xidməti məlumat yayıb.
“hörmətli prezident, bolu vilayətində dağ-xizək kurortunda baş vermiş yanğının faciəvi nəticələri ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. həlak olanların doğmalarına və yaxınlarına başsağlığı və dəstək, eləcə də bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, - deyə teleqramda bildirilib.





















