davos, 21 yanvar,  arhd.media

 

azərbaycan respublikasının prezidenti ilham əliyev yanvarın 21-də davosda qarşı tərəfin müraciəti əsasında iraq kürdüstan regionunun baş naziri məsrur bərzani ilə görüşüb.

, məsrur bərzani iraq kürdüstan regionunun başçısı neçirvan bərzaninin salamlarını dövlətimizin başçısına çatdırdı.

prezident ilham əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını neçirvan bərzaniyə çatdırmağı xahiş etdi.

məsrur bərzani vurğuladı ki, iraq kürdüstan regionunun başçısı azərbaycana səfərlərindən, o cümlədən cop zamanı ölkəmizə gəlməsindən çox məmnundur.

söhbət zamanı azərbaycan ilə iraq kürdüstan regionu arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıldı. biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onların arasında birbaşa təmasların yaradılmasının və biznes-forumların keçirilməsinin vacibliyi qeyd olundu.

Baxış sayı: 4 377

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə