bakı, 3 mart, arhd.media


suraxanıda narkokuryerlərdən 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb video


suraxanı rayon polis idarəsi 33-cü polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.

daxili işlər nazirliyinin mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, sonuncu əməliyyat nəticəsində ruhin mürşüdov və tanışı olan bir nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıblar. onlardan 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanaraq götürülüb.

saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan iran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Baxış sayı: 5 334

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə