“azərişıq”: itkiləri azaltmaqla 900 milyard kvt/saat enerjiyə qənaət edilib
2024-cü ildə azərbaycanda 2015-ci illə müqayisədə enerji itkilərinin aşağı salınması 900 milyon kilovat/saat enerjiyə qənaət etməyə imkan verib.
"arhd.media" xəbər verir ki, bunu “azərişıq” asc-nin sədr müavini ramil yusifov milli məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə deyib.
onun sözlərinə görə, enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 %-dən 8,5 %-ə qədər azaldılıb: “bu göstəricilər dünyanın qabaqcıl ölkələrinin nəticələrinə çatdırılmaqdadır. nəzərə alınmalıdır ki, azərbaycanda şəbəkələrin 60 %-nə qədərinin yenidən qurulmasına ehtiyac var”.
o qeyd edib ki, azərbaycanda elektrik şəbəkələrinin əsas hissəsi ötən əsrin 20-60-cı illərində qurulub.






















