naxçıvan muxtar respublikasının sahibkarlığın inkişafı fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilib

naxçıvan, 4 mart, arhd.media


naxçıvan muxtar respublikasının sahibkarlığın inkişafı fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilib


martın 4-də naxçıvan muxtar respublikasının iqtisadiyyat nazirliyində sahibkarlığın inkişafı fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilib.

nazirliyin mətbuat xidmətindən arhd.media-ın bölgə müxbirinə bildirilib ki, görüşdə nazirliyin rəhbərliyi, sahibkarlığın inkişafı fondunun, müvəkkil bankların filial üzrə rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

naxçıvan muxtar respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən abbas ismayılov 2024-cü ildə iqtisadi sahədə baş verən dəyişikləri və əldə olunan nəticələri diqqətə çatdırıb, naxçıvanın biznes mühitinin yaxşılaşdırılması, sahibkarların maliyyə əlçatanlığına rahat və sistemli çıxışının təmin edilməsi, vergi inzibatçılığının, əmək münasibətlərinin təkmilləşdirilməsi və digər sahələrdə reallaşdırılan tədbirlərin özəl sektorun inkişafına yeni imkanlar yaratdığını bildirib.

abbas ismayılov müvəkkil kredit təşkilatlarından gözləntilər barədə məlumat verib, real sektorun inkişafının təmin edilməsi baxımından güzəştli kreditlərin verilməsində prioritet layihələrə üstünlük verilməsinin zəruriliyini vurğulayıb.

sahibkarlığın inkişafı fondunun idarə heyətinin sədri vüsal novruzov fondun fəaliyyətindəki yeniliklər barədə məlumat verib, sif-in 2024-cü il ərzində fəaliyyətinə və 2025-ci ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətlərinə dair təqdimat keçirib.

görüş zamanı fərqlənən müvəkkil kredit təşkilatları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

görüşdə fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları ilə güzəştli kredit əldə etmək istəyən sahibkarlar arasında daha sıx əlaqələrin yaradılması imkanları müzakirə olunub, təkliflər dinlənilib.

Baxış sayı: 2 357

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə