bakı, 6 mart, arhd.media
avropa ittifaqı parlamentinin üzvünə azərbaycan multikulturalizmi haqqında məlumat verilib
belçikanın paytaxtı brüssel şəhərində “belçika və avropada 2025 islam dünyası ili” mövzusunda dinlərarası beynəlxalq konfrans öz işinə başlayıb.
konfransda qafqaz müsəlmanları idarəsinin sədri, şeyxülislam allahşükür paşazadənin rəhbərliyi ilə azərbaycan nümayəndə heyəti də iştirak edir. nümayəndə heyətinin tərkibinə bakı beynəlxalq multikulturalizm mərkəzinin icraçı direktoru rəvan həsənov da daxildir.
bakı beynəlxalq multikulturalizm mərkəzindən arhd.media-a bildirilib ki, konfrans çərçivəsində martın 6-da avropa ittifaqı parlamentinin üzvü, asiya ölkələri ilə qrupun rəhbəri, belçikanın səhiyyə naziri volter beke ilə azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib. görüşdə çıxış edən rəvan həsənov azərbaycanın multikulturalizm ənənələri, multikulturalizm siyasəti haqqında danışıb. azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb. qeyd edib ki, azərbaycan respublikasının təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması məqsədilə beynəlxalq forumlar təşkil olunur. multikulturalizm mərkəzi bu forumların keçirilməsində əsas təşkilatçılardan biri kimi çıxış edir.
qeyd edək ki, martın 7-də avropa inkişaf və araşdırmalar akademiyası (edara), icesco, bakı beynəlxalq multikulturalizm mərkəzi və qafqaz müsəlmanları idarəsinin birgə təşkilatçılığı ilə “belçika və avropada 2025 islam dünyası ili çərçivəsində” “multikulturalizm modelləri – münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda avropa konfransı keçiriləcək.






















