bakı, 7 mart, arhd.media
külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
iran islam respublikasından külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
dövlət sərhəd xidmətinin (dsx) mətbuat mərkəzindən arhd.media-a bildirilib ki, sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində martın 5-də saat 20:55-də dsx-nin sərhəd qoşunları komandanlığının “göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 42 kiloqram 950 qram narkotik vasitə (39 kiloqram 650 qram marixuana, 3 kiloqram 300 qram tiryək) və 100 ədəd narkotik tərkibli metadon m - 40 həbinin qaçaqmalçılıq yolu ilə iran islam respublikasından azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






















