imişli, 7 mart, arhd.media
“qərbi azərbaycan: tarixin izi ilə” layihəsi çərçivəsində növbəti görüş imişli gəncləri ilə keçirilib
qərbi azərbaycan icması (qai) və “regional inkişaf” ictimai birliyinin (riib) birgə təşkilatçılığı ilə “qərbi azərbaycan: tarixin izi ilə” layihəsinin imişli şəhərində növbəti məlumatlandırıcı sessiyası keçirilib.
arhd.media-ın bölgə müxbiri xəbər verir ki, görüş imişli şəhəri heydər əliyev mərkəzində gerçəkləşib. çıxış edən imişli rayon icra hakimiyyətinin başçısı elçin rzayev regionlarda gənclərlə davamlı olaraq keçirilən bu cür tədbirlərin qərbi azərbaycan ilə bağlı faktların geniş ictimaiyyətə çatdırılmasında, xüsusilə gənclərin tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında əhəmiyyətini vurğulayıb.
“regional inkişaf” ictimai birliyinin nümayəndəsi aqil ismayılzadə layihə çərçivəsində bu günədək paytaxt və regionlarda ictimaiyyət nümayəndələrinin və gənclərin iştirakı ilə müxtəlif sessiyaların, bilik yarışlarının keçirildiyini, bugünkü görüşün qərbi azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri və tarixi şəxsiyyətləri, toponimləri, folkloru, eləcə də qərbi azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi barədə imişli gənclərinin maarifləndirilməsində rolunu diqqətə çatdırıb.
qai gənclər şurasının sədr müavini, milli məclisin deputatı naqif həmzəyev, qərbi azərbaycan icmasının üzvü, professor, azərbaycan jurnalistlər və yazıçılar birliklərinin fəxri üzvü çingiz abdullayev və digərləri çıxış edib. çıxışlarda icmanın fəaliyyəti, azərbaycanlılara qarşı tarixi ədalətsizliklər və onların ermənistan ərazisindən deportasiyasından danışılıb, soydaşlarımızın ata-baba yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə düzgün çatdırılması, tarixi həqiqətlərin yayılması və müdafiəsində gənclərin üzərinə düşən vəzifələrdən danışılıb.
həmçinin qayıdış konsepsiyası barədə məlumat verilib, beynəlxalq hüquq çərçivəsində bu məsələni daim gündəmdə saxlamaq və dünya ictimaiyyətinə çatdırmaq üçün sistemli fəaliyyət göstərilməsinin vacibliyi vurğulanıb.
sual-cavab formatında işini davam etdirən görüşdə iştirakçılar qərbi azərbaycanla bağlı tarixi faktlar, hüquqi məsələlər, gələcək planlar barədə müzakirələr aparıb, gəncləri maraqlandıran sualları cavablandırıblar. tədbirin ikinci hissəsində gənclər arasında sual-cavab oyunu keçirilmiş, qalib iştirakçılara hədiyyələr təqdim edilib.






























