bakı, 10 mart, arhd.media



“1-ci uşaq teatr festivalı”nın açılış mərasimi olub


azərbaycan incəsənət məktəbinin təşəbbüsü, azərbaycan teatr xadimləri ittifaqı və “emedia group” media təşkilatının təşkilatçılığı ilə 10 mart - milli teatr günü münasibətilə “1-ci uşaq teatr festivalı”nın açılışı olub.

arhd.media xəbər verir ki, tədbirdə çıxış edən azərbaycan incəsənət məktəbinin təsisçisi və bədii rəhbəri fərid bağırov festivalın məqsədi haqqında ətraflı məlumat verib.

bildirib ki, festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, teatr sənətinə marağı artırmaq və gələcək aktyor nəslinin formalaşmasına dəstək verməkdir.

“emedia group” media təşkilatının sədri elşən əliyev vurğulayıb ki, teatr uşaqlarda yaradıcı düşünmə və təxəyyül bacarıqlarını inkişaf etdirir, onların sosial bacarıqlarını və dünyagörüşünü genişləndirir.

deputatlar və incəsənət xadimləri festivalın uşaq teatrının inkişafına verdiyi töhfələrdən və mədəniyyətin gənc nəslə aşılanmasının əhəmiyyətindən danışıblar.

tədbir bədii hissə ilə davam edib.

Baxış sayı: 3 441

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə