bakı, 12 mart, arhd.media
əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində sosial xidmətlər agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində yel çərşənbəsi qeyd edilib.
arhd.media xəbər verir ki, tədbir çərçivəsində novruz adət-ənənələrinə uyğun olaraq tonqal qalanıb, müəssisə sakinlərinin iştirakı ilə əyləncəli oyunlar və şənlik təşkil edilib. iştirakçılara novruzun simvolu olan şirniyyatlar paylanıb, onlarla bayramın tarixi, dəyərləri və adət-ənənələri barədə söhbətlər aparılıb. sonra sakinlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar və bayram proqramı təqdim edilib.



























