bakı, 12 mart, arhd.media
gənclər və idman nazirliyində avropa kəndirlə mübarizə federasiyasının (etwf) nümayəndələri ilə görüş keçirilib.
nazirliyin mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, görüşdə gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri elnur məmmədov qonaqlara ölkəmizdə milli idman növlərinin inkişafı barədə məlumat verib. etwf prezidenti ralf brauninger səfər çərçivəsində keçirilən görüşlər və abşeron olimpiya idman kompleksində idmançılar, məşqçilər və hakimlər üçün təşkil olunmuş seminar haqqında danışıb.
görüşdə həmçinin azərbaycanda kəndirdartma idmanının inkişafı və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
























