bakı, 12 mart, arhd.media
bizim gələcək hədəfimiz qarabağ iqtisadi zonasında öz struktur və bölmələrimizi yenidən qurub təşkil etməkdən ibarətdir.
arhd.media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında azərbaycan qızıl aypara cəmiyyətinin (azqac) prezidenti, milli məclisin deputatı novruzəli aslanov deyib.
dövlət proqramına uyğun olaraq hazırda qarabağ iqtisadi zonasına əhalinin köçürülməsi prosesinin davam etdiyini bildirən n.aslanov əlavə edib: “infrastruktur tam qurulduqdan sonra biz də orada öz təşkilatlarımızı yaradıb humanitar missiyamızı həyata keçirəcəyik. onsuz da azərbaycan qızıl aypara cəmiyyəti qarabağ iqtisadi zonasında humanitar missiyasını həyata keçirir, ancaq hesab edirəm ki, bu, yerli bölmələr tərəfindən həyata keçirilsə daha yaxşı olar”.
n.aslanov, həmçinin cəmiyyətin digər strateji məqsədlərinin də müəyyən olunduğunu diqqətə çatdırıb. bildirib ki, 2030-cu ilə kimi təşkilatın strateji planı hazırlanıb. “işçi qrup artıq fəaliyyət göstərir. biz qarşıya qoyduğumuz hədəfləri həyata keçirəcəyik”, - deyə azqac-ın prezidenti qeyd edib.






















