bakı, 13 mart, arhd.media

azərbaycan respublikasının prezidenti ilham əliyev martın 13-də bolqarıstanın xarici işlər naziri georq georqievi qəbul edib.

arhd.media xəbər verir ki, qonaq xii qlobal bakı forumunun əhəmiyyətinə toxunaraq, bu tədbirdə vacib məsələlərin müzakirə olunduğunu vurğuladı.

georq georqiev azərbaycanla bolqarıstan arasında dostluq münasibətlərinin olduğunu deyərək, əməkdaşlığımızın bu prinsiplər əsasında hərtərəfli inkişaf etdiyini bildirdi. bu xüsusda, o, ölkələrimiz arasında iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji, nəqliyyat, mədəniyyət, turizm, insanlararası əlaqələr və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu dedi. bolqarıstanın xarici işlər naziri bakı ilə sofiya arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyinə toxundu.

prezident ilham əliyev bolqarıstana rəsmi səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırladı.

dövlətimizin başçısı əlaqələrimizin inkişafını qeyd edərək, enerji sahəsində əməkdaşlığa toxundu. prezident ilham əliyev azərbaycan qazının bu gün bolqarıstan bazarına çatdırılmasının əhəmiyyətini və bunun bolqarıstanın enerji təminatında rolunu vurğuladı.

azərbaycanla bolqarıstanın bərpaolunan enerji sahəsində əməkdaşlığı məsələsi qeyd edildi. dövlətimizin başçısı, bu xüsusda, azərbaycan, gürcüstan, rumıniya və macarıstan arasında bərpaolunan enerji layihəsinə bolqarıstanın da bir tərəfdaş kimi qoşulması münasibətilə təbriklərini çatdırdı. bu istiqamətdə də ölkələrimiz arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.

Baxış sayı: 9 285

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə