bakı, 15 mart, arhd.media
bakıda “qlobal səhiyyə böhranda: hazırlılıq və bərabərlikdə yeni cəbhələr” mövzusunda müzakirələr aparılır
prezident ilham əliyevin himayəsi altında və nizami gəncəvi beynəlxalq mərkəzinin təşkilatçılığı ilə bakıda keçirilən “dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda xii qlobal bakı forumu üçüncü günündə işini panel iclaslarla davam etdirir.
arhd.media xəbər verir ki, unesco-nun rasizmə qarşı şəhərlərin koalisiyası təşkilatının rəhbəri benedetto zaçirolinin moderatorluğu ilə keçirilən sessiya “qlobal səhiyyə böhranda: hazırlılıq və bərabərlikdə yeni cəbhələr” mövzusuna həsr olunub.
panel sessiyada bmt-nin insanın immunçatışmazlığı virusu/qazanılmış immun çatışmazlığı sindromu üzrə birgə proqramının (unaids) icraçı direktoru vinni byanyima, azərbaycanın səhiyyə naziri teymur musayev, böyük britaniyanın lordlar palatasının üzvü suzan qrinfild, nizami gəncəvi beynəlxalq mərkəzinin həmsədri, dünya bankının sabiq vitse-prezidenti ismail seragəldin, israilin sabiq prezidenti, knessetin keçmiş sədri (2006-2009), hadassah tibb təşkilatının idarə heyətinin sədri daliya itzik, qlobal əməkdaşlıq forumunun prezidenti və ceo-su amir dossal, moldovanın sabiq baş naziri çiril qaburici, hadassah tibb təşkilatının baş direktoru yoram veissin çıxışları dinləniləcək.

























