bakı, 17 mart, arhd.media
sumqayıt şəhərini saray qəsəbəsi ilə biləşdirən körpü istifadəyə verilib
sumqayıt şəhərini abşeron rayonunun saray qəsəbəsi ilə birləşdirən samur-abşeron kanalı üzərində yerləşən yeni körpüdə aparılan tikinti işləri yekunlaşdırılıb.
azərbaycan avtomobil yolları dövlət agentliyindən arhd.media-a bildirilib ki, sözügedən körpünün tikintisinə 2024-cü ilin dekabr ayında başlanılıb və 3 ay müddətində tikinti işləri tamamilə başa çatdırılıb.
bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə, körpünün həmin infrastruktura uyğun olması şərtdir, bu da layihə zamanı öncədən nəzərə alınıb. belə ki, 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri tikilib. körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1,5 metr diametrli 6 sütun yerləşir.
ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq ikicərgəli svaylar üzərində qurulub. svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.























