bakı, 21 mart, arhd.media
polis ötən gün 4 avtomat, 3 qumbara və 2 tüfəng aşkar edərək götürüb
daxili işlər nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
nazirlikdən arhd.media-a bildirilib ki, martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 qumbara, 2 tüfəng, 9 patron darağı və 558 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.






















