azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 1-ci və 14-cü bəndlərini rəhbər tutaraq, “azərbaycan respublikasının ailə məcəlləsində, azərbaycan respublikasının cinayət məcəlləsində və azərbaycan respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında” azərbaycan respublikasının 2024-cü il 28 iyun tarixli 1198-viqd nömrəli qanununun icrası ilə əlaqədar qərara alır:

maddə 1. azərbaycan respublikasının mülki məcəlləsində (azərbaycan respublikasının qanunvericilik toplusu, 2000, № 4 (i kitab), maddə 250 (cild i); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (i kitab), maddə 493, № 7, maddə 744; azərbaycan respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-viiqd nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 28.6-cı və 28.7-ci maddələr ləğv edilsin;

1.2. 38.7-ci maddədən “nikaha girdiyi və” və “digər” sözləri çıxarılsın.

maddə 2. “gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” azərbaycan respublikası qanununun (azərbaycan respublikasının qanunvericilik toplusu, 2006, № 11, maddə 920 (cild i) 3.2.3-cü maddəsindən “və nikah” sözləri çıxarılsın.

maddə 3. bu qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

 

ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 29 dekabr 2024-cü il

Baxış sayı: 1 396

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə