“istehlakçıların hüquqlarının müdafiəsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə
azərbaycan respublikasının qanunu

azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 1-ci və 26-cı bəndlərini rəhbər tutaraq azərbaycan respublikasının milli məclisi qərara alır:

“istehlakçıların hüquqlarının müdafiəsi haqqında” azərbaycan respublikasının qanununa (azərbaycan respublikası ali sovetinin məlumatı, 1995, № 23, 24, maddə 368; azərbaycan respublikasının qanunvericilik toplusu (cild i); 2024, № 2, maddə 132, № 6 (i kitab) maddə 631) aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:

“maddə 29-1. alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması

29-1.1. alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

29-1.2. alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

29-1.3. pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.”.

 


ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 16 dekabr 2024-cü il

Baxış sayı: 4 347

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə