martın 20-dən 26-dək təcili tibbi yardım xidmətinə 30 minə yaxın müraciət daxil olub

bakı, 27 mart, arhd.media




martın 20-dən 26-dək təcili tibbi yardım xidmətinə 30 minə yaxın müraciət daxil olub


novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində respublika təcili və təxirəsalınmaz tibbi yardım mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə martın 20-dən 26-dək 14 min 370 çağırış daxil olub. bu çağırışlardan 1 284 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

bu barədə arhd.media- a təbib- dən məlumat verilib.

bildirilib ki, 58 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 15 min 598 çağırış daxil olub. 1 597 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. daha çox müraciət martın 21-22-də qeydə alınıb. belə ki, martın 21-də müraciət sayı 2 min 159, hospitalizasiya olunanların sayı 191, martın 22-də isə müraciət sayı 2 min134, hospital olunanların sayı 199 təşkil edib.

çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

Baxış sayı: 7 501

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə