bakı, 28 mart, arhd.media
bu gün basketbol üzrə azərbaycan kubokunda finalçılar məlum olacaq
bu gün basketbol üzrə azərbaycan kubokunda finalçılar bəlli olacaq.
arhd.media xəbər verir, əvvəlcə meydana "neftçi" və ntd komandaları çıxacaq. qarşılaşma saat 16:00-da başlayacaq.
saat 19:00-da isə "naxçıvan" və "gəncə" üz-üzə gələcək.
hər iki görüş bakı idman sarayında reallaşacaq.
qeyd edək ki, final oyunu martın 30-da təşkil olunacaq.























