bakı, 27 yanvar, arhd.media
bir sıra qurumların həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb
prezident ilham əliyev müdafiə nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, daxili işlər nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, fövqəladə hallar nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət sərhəd xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, dövlət təhlükəsizliyi xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, xarici kəşfiyyat xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, daxili işlər nazirliyinin daxili qoşunların baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, dövlət gömrük komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət miqrasiya xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, ədliyyə nazirliyinin penitensiar xidmətinin və tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının, prezidentin təhlükəsizlik xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, strateji obyektlərin mühafizəsi dövlət agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə aylıq vəzifə maaşlarının artırılması haqqında fərmanlar imzalayıb.
arhd.media xəbər verir ki, fərmanlara əsasən, 2025-ci il yanvarın 1-dən onların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
nazirlər kabinetinə bu sənədlərdən irəli gələn məsələləri həll etmək tapşırılıb.




















