azərbaycan respublikası nazirlər kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli qərarı ilə təsdiq edilmiş “asan müraciət” informasiya sistemi haqqında əsasnamə”də dəyişiklik edilməsi barədə
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “kəlbəcər rayonunda bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
azərbaycan respublikası nazirlər kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli qərarı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2021, № 12, maddə 1511 (cild i); 2024, № 2, maddə 229, № 9, maddə 1066) ilə təsdiq edilmiş “asan müraciət” informasiya sistemi haqqında əsasnamə”yə əlavə – “asan müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısı”na aşağıdakı məzmunda 16-cı hissə əlavə edilsin:
|
16. |
kəlbəcər rayonunda bərpa, tikinti və idarəetmə xidməti |
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 27 ” “ yanvar ” 2025-ci il





















