halal sertifikatlaşdırma prosesini uğurla tamamlayan müəssisələrə sertifikatlar verilib

bakı, 4 aprel, arhd.media




halal sertifikatlaşdırma prosesini uğurla tamamlayan müəssisələrə sertifikatlar verilib


azərbaycan standartlaşdırma institutunun (azstand) “azstandart halal” sertifikatlaşdırma orqanı tərəfindən halal sertifikatlaşdırma prosesini uğurla tamamlayan 5 müəssisəyə - paxlava və dondurulmuş künəfə istehsalı üzrə “köz künefe 1977-den hulusi usta” mmc, kolbasa istehsalı üzrə “m&t” ltd və “zəhmət ruzi” mmc, süd və süd məhsullarının istehsalı üzrə “atena” mmc, eləcə də quş əti istehsalı və emalı sahəsində fəaliyyət göstərən “murad aqro” mmc-yə “halal” uyğunluq sertifikatları təqdim olunub.

azstand-dan arhd.media-a bildirilib ki, “azstandart halal” sertifikatlaşdırma orqanı türkiyə respublikasının halal akkreditasiya qurumu (hak) və azərbaycan akkreditasiya mərkəzi (azak) tərəfindən akkreditasiya olunub. akkreditasiya islam ölkələrinin standartlar və metrologiya institutu (smiic) tərəfindən oic/smiic 2:2019 standartı əsasında həyata keçirilib.

“halal” uyğunluq sertifikatı əldə etmək istəyən sahibkarlar institutun rəsmi internet səhifəsində yerləşdirilmiş linkinə daxil olaraq müraciət formasını tamamlayıb halal@azstand.gov.az elektron ünvanına göndərə bilərlər. daxil olan müraciət “oic smiic -1:2019 halal qidaya dair ümumi tələblər” standartı əsasında yoxlanıldıqdan sonra sahibkara aidiyyəti üzrə xidmət göstərilir. standartın tələbinə uyğun olaraq, yoxlama prosesində texniki ekspertlərlə yanaşı, islam dini məsələləri üzrə mütəxəssis də iştirak edir.

yekun olaraq orqanın tərkibində yaradılmış qərarvermə komissiyasının müvafiq qərarına əsasən beynəlxalq səviyyədə tanınan “halal” uyğunluq sertifikatı təqdim olunur. sertifikatın keçərlilik müddəti 3 ildir.

Baxış sayı: 5 449

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə