bakı, 9 aprel, arhd.media
prezident ilham əliyev: biz bütün qonşularımızla, o cümlədən iranla yaxşı münasibətlərə malik olmaq istəyirik
biz iran prezidentinin bu ay azərbaycana səfər edəcəyini gözləyirik. bu, ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq.
arhd.media xəbər verir ki, bu barədə prezident ilham əliyev ada universitetində keçirilən “yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
son aylar ərzində iki ölkənin yüksəksəviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər etdiklərini deyən dövlətimizin başçısı vurğulayıb: “seçki prosesi zamanı iranda baş verən proseslər bizi məmnun etdi. biz irandan müsbət mesajlar eşitdik. biz bütün qonşularımızla, o cümlədən iranla yaxşı münasibətlərə malik olmaq istəyirik. iranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.























